Uzun yaşamağın 5 ƏSAS QAYDASI

Uzun yaşamağın 5 ƏSAS QAYDASI
Kateqoriya məlum deyil
T

Uzunömürlülüyü araşdıran ekspert Den Byuttner insanların daha uzun və sağlam yaşamasına kömək edə biləcək beş əsas qaydanı açıqlayıb.

Sfera.az xəbər verir ki, onun tövsiyələrini "20minutos" nəşri yayıb.

Ekspertin sözlərinə görə, uzunömürlülük ilə bağlı araşdırmalarda xüsusi diqqət çəkən “mavi zonalar”ın sakinləri ənənəvi formada idmanla məşğul olmurlar. Bunun əvəzinə onlar gün ərzində daim hərəkətdə olurlar. Bağda işləmək və piyada gəzmək kimi gündəlik fəaliyyətlər fiziki aktivliyin əsas hissəsini təşkil edir.

İkinci qayda karbohidratlardan tam imtina etməməkdir. Byuttnerin sözlərinə görə, uzunömürlü insanların qidalanmasında karbohidratların payı təxminən 65 faizdir. Buraya paxlalılar, mayalı çörək, tam taxıllı məhsullar və yaşıl yarpaqlı tərəvəzlər daxildir.

Üçüncü qayda qida əlavələrindən yalnız tibbi göstəriş olduqda istifadə etməkdir. Ekspert hesab edir ki, orqanizm üçün zəruri maddələr mümkün qədər qidalardan alınmalıdır.

Dördüncü tövsiyə müxtəlif sərt pəhrizlərdən uzaq durmaq və qəbul edilən qidanın miqdarını azaltmaqdır. Byuttner süfrədən tam doymadan, təxminən 80 faiz toxluq hissi ilə qalxmağı tövsiyə edir.

Beşinci qayda isə stress və narahatlıqla mübarizəyə bütün diqqəti yönəltməmək, bunun əvəzinə yuxu və sosial ünsiyyət kimi təbii vasitələrdən istifadə etməkdir.

Ekspertin fikrincə, uzunömürlülük üçün əsas amillərdən biri gündəlik həyat tərzidir və bunun üçün mütləq intensiv məşqlər və ya xüsusi pəhrizlər tələb olunmur.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR