Zelenski: “Putinin məqsədi ayrı-ayrı əraziləri ələ keçirməkdən daha genişdir”

Zelenski: “Putinin məqsədi ayrı-ayrı əraziləri ələ keçirməkdən daha genişdir”
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin məqsədinin yalnız Ukraynanın müəyyən ərazilərini ələ keçirmək olmadığını bildirib.

Sfera.az xəbər verir ki, Zelenski bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Putinin məqsədi daha genişdir və bütün Ukraynanın Rusiyanın tərkibinə daxil edilməsini nəzərdə tutur.

“Onun dünyanın ən böyük ərazisi var və ona bir neçə kilometr də lazımdır? Buna görə bəzi tərəfdaşların "Ona yalnız Ukraynanın bu hissəsi, bu bir neçə kilometr lazımdır və başqa heç nə istəmir" deməsi çox qəribədir. Onun məqsədi ayrı-ayrı əraziləri ələ keçirməkdən daha genişdir”, – Zelenski deyib.

Ukrayna lideri həmçinin Rusiya və Ukrayna üçün eyni dərəcədə faydalı olacaq müharibə həllinin mümkün olmadığını bildirib.

Zelenski qeyd edib ki, hazırda əsl qələbə müharibəni dayandırmaq və insanların həyatını xilas etməkdir.

“Bu müharibədə hər iki tərəf üçün faydalı nəticə ola bilməz. Hazırda əsl qələbə müharibəni dayandırmaq və insanların həyatını xilas etməkdir. Əsas məsələ bunun yalnız Ukrayna və ya Rusiya üçün deyil, bütün dünya üçün qələbəyə çevrilməsidir. Bu isə insanların həyatının xilas edilməsi deməkdir”, – deyə o qeyd edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR