Rusiyadan 500 minədək insanı geri göndərə bilərlər – İDDİA

Rusiyadan yüz minlərlə insanın geri göndərilə biləcəyi ilə bağlı iddialar yayılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, Rusiyadan 500 minədək insanın geri göndərilməsi ehtimalı hesablanıb. Lakin söhbətin konkret olaraq hansı kateqoriyaya aid şəxslərdən getdiyi və bu rəqəmin hansı hesablamalar əsasında müəyyənləşdirildiyi açıqlanmayıb.
Mövzu Rusiyada mümkün yeni səfərbərlik ehtimalları fonunda regionda miqrasiya proseslərinin yenidən gündəmə gəldiyi bir vaxtda müzakirə olunur.
Qeyd edək ki, “AzadlıqRadiosu”nun erməni xidməti daha əvvəl yazıb ki, 2026-cı ilin ilk altı ayında Ermənistana təxminən 417 min Rusiya vətəndaşı daxil olub. 2025-ci ildə bu göstərici bütün il ərzində təxminən 340 min olub. Bununla belə, bu rəqəmlər insanların kütləvi şəkildə ölkədən çıxması anlamına gəlmir.
Yanvar-may aylarında isə Ermənistana gələn Rusiya vətəndaşlarının sayı ölkədən çıxanlardan təxminən 7 min nəfər çox olub.
İnci
Sfera.az






