Nebahat Çehredən 80-ci illər trendinə diqqətçəkən reaksiya

Nebahat Çehredən 80-ci illər trendinə diqqətçəkən reaksiya
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Nebahat Çehre sosial mediada son günlər geniş vüsət alan "80-ci illər" trendinə illər əvvəl çəkdirdiyi orijinal fotosu ilə daxil olub. Süni intellekt vasitəsilə 1980-ci illərin stilində foto hazırlayan istifadəçilərə cavab verən sənətçi arxivindəki real kadrla fərqini ortaya qoyub.

Sfera.az xəbər verir ki, hər zaman gözəlliyi, zərifliyi və illərə meydan oxuyan görünüşü ilə adından söz etdirən usta oyuncu, yeni mövsümdə "Tuzlu Kahve" serialı ilə yenidən ekranlara qayıdıb. Ekrana dönüşü ilə yanaşı sosial şəbəkə fəallığı ilə də diqqətçəkən Çehre, süni intellekt trendlərinə qarşı əsl retro duruş nümayiş etdirib.

Yalançı kadrlar əvəzinə özünün gerçək 80-ci illər fotosunu təqdim edən usta sənətçi paylaşımına yazdığı qeydlə də izləyicilərin rəğbətini qazanıb:

“Bəzi trendlər sonradan yaranmır, insan zatən onun içindən keçmiş olur. 80-ci illər akımına mən də qoşulmaq istədim... Amma kiçik bir fərqlə: Bu fotoşəkil süni intellekt məhsulu deyil, həqiqətən 80-ci illərdəndir, 'Büklüm Büklüm' günlərindən… Filtr yoxdur, AI yoxdur; bolca 80-ci illər ehtişamı var."

Aktrisanın bu paylaşımı qısa zamanda minlərlə bəyənmə toplayaraq sosial medianın ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR