Seda Sayanın yeni qazancı dodaq uçuqlatdı

Səhnə və ekranın tanınmış simalarından olan Seda Sayan həm rəqəmsal layihələri, həm də iri həcmli reklam müqavilələri ilə gündəmə gəlib. “YouTube” platformasında yayımlanan "Bacıların Bacısı" proqramı ilə böyük maraq oyadan sənətçi reklam dünyasında da diqqətçəkən addımlar atıb.
Sfera.az xəbər verir ki, Seda Sayan dörd fərqli marka ilə illik reklam müqaviləsi bağlayıb. Hər bir razılaşmanın dəyərinin 50 milyon lirə olduğu və sənətçinin ümumilikdə 200 milyon lirə (təxminən 10 milyon manata yaxın) qazanc əldə edəcəyi bildirilir. O, artıq "ÜçDörtBeş All Star" rəqəmsal təhsil platformasının reklam çarxı üçün kamera qarşısına keçib, yaxın vaxtlarda isə digər üç brendin təqdimatı ilə ekranlarda olacaq.
Məlumata görə, rəqəmsal layihələrinə diqqət ayıran Seda Sayan televiziyadan gələn yeni təklifləri müvəqqəti olaraq dondurub. Təqdim etdiyi proqramın uğurundan sonra fəaliyyətini rəqəmsal platformalarda genişləndirmək qərarına gələn sənətçinin “YouTube”üçün daha bir yeni layihə üzərində işlədiyi öyrənilib. Detalları yaxın günlərdə bəlli olacaq yeni proqramla sənətçi rəqəmsal sahədəki varlığını daha da möhkəmləndirməyi hədəfləyir.
Mənsumə






