Ronaldunun həyat yoldaşı dəbdəbəli görünüşü ilə göz qamaşdırdı

Kateqoriya məlum deyil
T
Dünyaca məşhur portuqaliyalı futbolçu Kristianu Ronaldu ilə ailə həyatı quran Corcina Rodriges bu dəfə taxdığı dəbdəbəli zinət əşyaları ilə diqqət mərkəzinə düşüb. 83-cü Venesiya Beynəlxalq Film Festivalının qırmızı xalçasında boy göstərən Rodriges görünüşü ilə göz qamaşdırıb.
Sfera.az xəbər verir ki, dünya mətbuatının gündəmindən düşməyən mənşəcə argentinalı olan model "Gucci" tərəfindən xüsusi olaraq hazırlanan mavi pencək və ətəkdən ibarət geyimi ilə diqqətçəkib. O, obrazını qara "Gucci" ayaqqabıları, eləcə də "Chopard" brendinə məxsus almaz boyunbağı, sırğa və üzüklərlə tamamlayıb.
Qeyd edək ki, Rodriges və Ronaldu cütlüyü ötən ay 10 illik birlikdəliklərini rəsmi nikahla rəsmiləşdiriblər.
Mənsumə







