ABŞ İranın 3 neft tankerini vurdu

ABŞ İranın 3 neft tankerini vurdu
Kateqoriya məlum deyil
T

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus 2 hərbi gəmiyə ballistik raketlərlə hücum etməsindən sonra İrana aid 3 xam neft tankerinin hədəf alınaraq sıradan çıxarıldığını bəyan edib.

Sfera.az xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Açıqlamada SEPAH-ın region sularında patrul xidməti həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmiyə ballistik raketlər atdığı bildirilib. ABŞ hərbi gəmilərinin hücumdan uğurla yayınmağı bacardığı, cavab tədbiri olaraq isə İrana məxsus neft tankerlərinin vurulduğu qeyd olunub.

İranın 3 neft tankeri zərərsizləşdirilib

CENTCOM-un məlumatına görə, Xark adası sahillərində İrana məxsus 2 xam neft tankeri sıradan çıxarılıb, Amman körfəzində yerləşən digər bir İran tankeri isə məhv edilib.

Açıqlamada ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin də fikirlərinə yer verilib. O, İranın neft donanmasının hədəf alına biləcəyi ilə bağlı xəbərdarlıq edib:

"İran İslam İnqilabı Keşikçiləri Korpusuna mesajımız aydındır: Əgər gəmilərimizə atəş açsanız, sizə çox daha ağır iqtisadi bədəl ödətdirərik."

Kuper, həmçinin ABŞ-nin ehtiyac yarandığı təqdirdə İranın məhdud və müdafiəsiz neft donanmasını tamamilə məhv etməkdən çəkinməyəcəyini vurğulayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR