Bu bürclər üçün inanılmaz həftə: Pul, sevgi və böyük sürpriz!

Astroloqlar qarşıdakı həftənin bəzi bürclər üçün olduqca uğurlu keçəcəyini bildirirlər. Planetlərin hərəkəti və ulduzların düzülüşü bu bürclərin həyatında sevindirici xəbərlərin, maliyyə imkanlarının və gözlənilməz görüşlərin gündəmə gələcəyinə işarə edir.
Sfera.az xəbər verir ki, xüsusilə iş və maliyyə məsələlərində şanslı təsadüflərlə qarşılaşa biləcək bu bürclər, eşq həyatında da diqqətçəkən dəyişikliklər yaşayacaqlar. Bəzi nümayəndələr uzun müddətdir gözlədikləri xəbəri alacaq, bəziləri isə heç gözləmədikləri anda yeni bir fürsətlə qarşılaşacaqlar.
Buğa
Bu həftə Buğalar üçün maliyyə baxımından uğurlu ola bilər. Gözlənilməz pul, əlavə qazanc və ya yeni iş təklifi gündəmə gələ bilər. Şəxsi həyatda isə keçmişdən gələn bir xəbər diqqətlərini çəkəcək.
Şir
Şirlər həftə ərzində özlərini daha enerjili və inamlı hiss edə bilərlər. İş həyatında qarşılarına çıxan fürsət gələcək planlarına ciddi təsir göstərə bilər. Subay Şirlər üçün isə gözlənilməz tanışlıq mümkündür.
Tərəzi
Tərəzilər üçün həftənin əsas mövzusu sevgi olacaq. Gözlənilməz mesaj və ya etiraf münasibətlərdə yeni səhifə aça bilər. Maliyyə baxımından da rahatladacaq bir xəbər alma ehtimalları yüksəkdir.
Oxatan
Oxatanları böyük sürpriz gözləyə bilər. Uzun müddətdir həyata keçirmək istədikləri planla bağlı müsbət xəbər ala bilərlər. Həmçinin uzaqdan gələn bir insan və ya xəbər onların həyatında mühüm dəyişiklik yarada bilər.
Balıq
Balıqlar üçün bu həftə taleyüklü qərarların dövrü ola bilər. Qarşılarına çıxacaq yeni imkan onları daha cəsarətli addım atmağa sövq edəcək. Eşq həyatında isə gözlənilməz inkişaf yaşana bilər.
Astroloqlar bu bürclərin qarşılarına çıxan imkanları diqqətlə dəyərləndirmələrini və tələsik qərarlardan uzaq durmalarını tövsiyə edirlər.
Mənsumə






