İtaliyada dəhşətli qəza: Helikopter havada yandı - FOTO

Kateqoriya məlum deyil
T
İtaliyanın şimalında kiçik helikopter polad kanata (tros) çırpılıb. Qəza nəticəsində helikopter havada alovlanaraq yerə düşüb. Hadisə zamanı iki nəfər həyatını itirib.
Sfera.az xəbər verir ki, qəza İtaliyanın şimalındakı Piyemonte bölgəsində baş verib.
Hava gəmisində 62 yaşlı italiyalı pilot və 63 yaşlı sərnişin olub.
Bölgədə yerləşən göl və su anbarının üzərindən uçan helikopter su anbarının üzərindən keçən polad kanata çırpılıb.
Toqquşmanın təsirindən helikopter parçalanaraq saniyələr ərzində alovlanıb. Havada alov topuna çevrilən helikopter su anbarının yaxınlığındakı otlu əraziyə parçalanmış vəziyyətdə düşüb.
İradə Elsevər








