İllər sonra eyni layihədə bir araya gəlirlər

İllər sonra eyni layihədə bir araya gəlirlər
Kateqoriya məlum deyil
T

Məşhur aktrisa Afra Saraçoğlunun “A.B.İ” serialından ayrılmasının ardından Kenan İmirzalıoğlunun yeni tərəfdaşı bəlli olub.

Bergüzar Korel serialın ikinci mövsümündə İmirzalıoğlu ilə illər sonra yenidən eyni layihədə rol alacaq.

Sfera.az xəbər verir ki, Bergüzar Korel və Kenan İmirzalıoğlu daha əvvəl “Karadayı” serialında tərəf müqabili olublar.

Saraçoğlunun layihədən ayrılmasından sonra İmirzalıoğlunun yeni tərəfdaşının kim olacağı maraqla gözlənilirdi.

Birsen Altuntaşın məlumatına görə, Bergüzar Korel “A.B.İ” serialının ikinci mövsümündə rol almaq üçün razılığa gəlib. Beləliklə, məşhur aktyorlar illər sonra yenidən eyni layihədə tamaşaçı qarşısına çıxacaqlar.

Serialın mövsüm finalında yalnız ayaqları görünən və kimliyi gizli saxlanılan qadın obrazı da tamaşaçıların marağına səbəb olub. Sözügedən sirli obrazı Bergüzar Korelin canlandıracağı dəqiqləşib.

Korelin canlandıracağı obrazın yeni mövsümdə Doğanın həyatına daxil olacağı gözlənilir. Həmçinin hekayənin gedişində bu obrazla Doğanın keçmişdən tanış olduğu üzə çıxacaq.

Məsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR