Kim Çenin bacısı: "Onlar Trampın kuklasıdır"

Kim Çenin bacısı: "Onlar Trampın kuklasıdır"
Kateqoriya məlum deyil
T

Şimali Koreya liderinin bacısı Kim Yo Conq Cənubi Koreyanı ABŞ-nin “kuklası” adlandıraraq Seulu Vaşinqtondan asılı olmaqda ittiham edib.

Sfera.az xəbər verir ki, Kim Yo Conq ABŞ Prezidenti Donald Trampın “Ulçi Azadlıq Qalxanı” birgə hərbi təlimlərinin miqyasını əhəmiyyətli dərəcədə azaltmaq qərarının Cənubi Koreyanı çətin vəziyyətə saldığını bildirib.

“Tramp qəfildən təlimlərin sayının azaldılmasını əmr etdi. Bu, Seulu çətin vəziyyətə saldı və onu çox bəyəndiyi "müharibə oyunlarını" ləğv etməyə məcbur etdi”, – deyə o qeyd edib.

Kim Yo Conq əlavə edib ki, Cənubi Koreya ABŞ hərbçilərinin ölkədən çıxmasına qarşı “bir kəlmə də olsun etiraz edə bilməz”. Onun sözlərinə görə, bu, “marionet ordunun qaçılmaz taleyidir”.

“Ulçi Azadlıq Qalxanı” təlimləri avqustun 21-də, planlaşdırılandan altı gün əvvəl başa çatıb. Tramp daha əvvəl Şimali Koreya lideri Kim Çen Inla münasibətlərini və Seulun ABŞ-ın İran siyasətini dəstəkləməkdən imtina etməsini nəzərə alaraq təlimlərin “əhəmiyyətli dərəcədə azaldılmasına” göstəriş verib.

Bundan əvvəl Şimali Koreya ordusu Pxenyan yaxınlığından Yapon dənizi istiqamətində təxminən 10 qısa mənzilli ballistik raket atıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR