Benzema Türkiyə klubuna keçə bilər

Məhəmməd Salahı heyətinə qatan “Trabzonspor” transfer çalışmalarını davam etdirir.
Sfera.az xəbər verir ki, klub Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən 38 yaşlı fransalı hücumçu Kərim Benzemanın transfer şərtləri ilə maraqlanıb. Məlumata görə, bu barədə məşhur jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Onun sözlərinə əsasən, “Trabzonspor” rəhbərliyi Benzemanın transferi üçün tələb olunan şərtləri öyrənib.
Bu addımdan sonra 38 yaşlı ulduz futbolçunun Türkiyəyə transfer olunması ehtimalı gündəmə gəlib. Karyerası ərzində “Real Madrid” və “Əl-İttihad” kimi nəhəng klubların formasını geyinən Kərim Benzema dünya futbolunun ən tanınmış hücumçularından biridir. Təcrübəsi və məhsuldarlığı ilə seçilən fransalı futbolçunun transfer şərtlərini öyrənən “Trabzonspor”un bundan sonra hansı addımı atacağı maraqla gözlənilir.
Bəsti Rəfizadə






