Kriştiano Ronaldo toyundan sonra imicini dəyişdi – Saçlarını narıncı rəngə boyatdı

Kateqoriya məlum deyil
T
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo toyundan sonra imicini dəyişib.
Sfera.az xəbər verir ki, 41 yaşlı futbolçu saçlarını narıncı rəngə boyadıb.
Qeyd edək ki, Ronaldo 10 illik münasibətdən sonra model Corcina Rodrigeslə ailə qurub. Onların toy keçirdiyi avqustun 11-də məlum olub. Cütlük qonaqları üçün Portuqaliyanın Funşal şəhərində yerləşən beşulduzlu “Savoy Palace” hotelini bron edib. Otelin müştərilərinə bildirilib ki, avqustun 7-si və 8-də hotelin iki mərtəbəsi, eləcə də bir neçə bar zonası bağlı olacaq.
Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, 2026-cı il dünya çempionatında Portuqaliya millisinin heyətində beş oyunda meydana çıxıb və üç qol vurub.
İnci
Sfera.az






