"Samsung"un bu modeli testdən keçmədi – Ekranı dırnaqla belə cızılır

"Samsung"un bu modeli testdən keçmədi – Ekranı dırnaqla belə cızılır
Kateqoriya məlum deyil
T

Qatlana bilən smartfonlar hələ də kifayət qədər kövrək qurğular olaraq qalır.

Sfera.az bildirir ki, bu barədə texnologiya bloqeri JerryRigEverything “YouTube” kanalında yayımladığı videoda bildirib.

Gadgetların davamlılığını sınaqdan keçirən bloqer yeni “Samsung Galaxy Z Fold 8” qatlanan smartfonunu test edib. Sınaqların nəticələrinə görə, telefon əvvəlki modellərlə müqayisədə daha möhkəm olsa da, qatlanan cihazlara xas klassik çatışmazlıqlar bu modeldə də qalır.

"JerryRigEverything"in apardığı test zamanı cihazın qatlanan ekranının kifayət qədər yumşaq olduğu məlum olub. “Samsung” ekran materialını “Flex Titanium” adlandırır. Mütəxəssis müəyyən edib ki, ekran o qədər həssasdır ki, üzərində sadəcə dırnaqla toxunmaqla belə cızıqlar və izlər yaratmaq mümkündür.

Smartfonun arxa panelində qoruyucu şüşədən istifadə olunub. Test zamanı həmin şüşənin adi smartfonlarda istifadə edilən qoruyucu şüşələr qədər davamlı olduğu müəyyənləşib.

Bununla yanaşı, "JerryRigEverything" “Samsung”un cihazın iki hissəsini birləşdirən menteşəni əhəmiyyətli dərəcədə gücləndirdiyini müəyyən edib. Bloqer smartfonu əyərək sındırmağa çalışsa da, “Galaxy Z Fold 8” bu yükə tab gətirib və ciddi zədələnməyib.

“Galaxy Z Fold 8” “Samsung”un ən bahalı smartfonlarından biridir. ABŞ-da cihazın qiyməti 1900 dollardan (təxminən 156 min rubl) başlayır.

Qeyd edək ki, avqustun əvvəlində “Samsung” “Galaxy S26 Ultra” smartfonlarının ekranlarında yaranan qızartı problemi ilə bağlı açıqlama vermişdi. Şirkət bunun istehsal qüsuru olduğunu qəbul etməyib və problemin servis mərkəzləri vasitəsilə aradan qaldırılacağını bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR