Britaniya radiosunda qalmaqal: Kral III Çarlzın ölüm xəbəri səhvən efirə verildi

Britaniya radiosunda qalmaqal: Kral III Çarlzın ölüm xəbəri səhvən efirə verildi
Kateqoriya məlum deyil
T

Britaniyada radio əməkdaşı Kral III Çarlzın ölümü ilə bağlı əvvəlcədən hazırlanmış səs yazısını təsadüfən canlı efirə qoşub. Hadisədən sonra əməkdaşın panikaya düşərək radio stansiyasını tərk etdiyi bildirilir.

Sfera.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Hadisə may ayında “Radio Caroline” radiostansiyasında təmir işləri aparılarkən baş verib. Radio əməkdaşı monarxın ölümü ilə bağlı əvvəlcədən hazırlanmış səs fayllarını aşkarlayıb.

Maraqdan həmin yazını dinləmək istəyən əməkdaş onun canlı yayıma qoşulduğundan xəbərsiz olub. Səs yazısı efirə getdikdən sonra baş verənləri anlayan əməkdaş panikaya düşərək radiostansiyanı tərk edib.

Məlumata görə, əməkdaşa sonradan irad tutulub.

Hadisə Britaniya mediasında maraq doğurub. Kral ailəsinin ölümü ilə bağlı əvvəlcədən hazırlanmış materialların radio və televiziya arxivlərində saxlanılması ənənəvi yayım praktikalarından biri hesab olunur. Belə materiallar adətən yalnız monarxın ölümünün rəsmi şəkildə elan edilməsindən sonra yayımlanmaq üçün hazırlanır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR