Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 132-yə çatdı

Kolumbiyada baş verən 7,4 maqnitudalı güclü zəlzələdən sonra bir sıra şəhərlərdə komendant saatı tətbiq edilib. Məqsəd dağıntılardan istifadə edərək qarət hallarının qarşısını almaq və xilasetmə işlərinin təhlükəsiz şəkildə aparılmasını təmin etməkdir.
Sfera.az xəbər verir ki, Kolumbiyanın Paytaxt Şəhərlər Assosiasiyasının məlumatına görə, bazar ertəsi baş verən 7,4 maqnitudalı zəlzələ və sonrakı təkanlar nəticəsində ölkənin zərərçəkən departamentlərində ən azı 132 nəfər ölüb, 570 nəfər yaralanıb.
“Cauca” və “Risaralda” departamentləri ən çox itki verilən bölgələrdir. “El Espectador” qəzetinin məlumatına görə, “Cauca”da ən azı 60, “Risaralda”da 15 nəfər ölüb. “Chocó” departamentində isə ölənlərin sayının 13 civarında olduğu bildirilir. “Caldas” və “Quindío” da zəlzələdən zərər çəkən bölgələr sırasındadır.
Qeyd edək ki, bu zəlzələ Cənubi Amerikada son dövrdə baş verən güclü yeraltı təkanlar silsiləsinin fonunda qeydə alınıb.
İnci
Sfera.az






