Böyrəklər üçün ən faydalı və əlçatan ədviyyat bu imiş

Amerikalı diyetoloq Sara Prato böyrəklər üçün ən faydalı və əlçatan ədviyyatlardan birinin adını açıqlayıb.
Sfera.az xəbər verir ki, o, “Eating Well”ə açıqlamasında böyrəklərin sağlamlığını qorumaq üçün daha çox sarımsaq istehlak etməyi tövsiyə edib.
Diyetoloqun sözlərinə görə, sarımsağın tərkibində antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik allisin adlı birləşmə var.
Prato bildirib ki, aparılan araşdırmalar allisinin iltihab və oksidləşdirici stresslə mübarizə apardığını göstərib. Bu amillər isə xroniki böyrək xəstəliyinin inkişaf riskini artıra bilər.
Nefroloq Raida Qivala da sarımsağın ürək-damar xəstəlikləri və diabetin inkişafının qarşısını almağa kömək etdiyini bildirib.
Onun sözlərinə görə, bu təsir də allisinlə əlaqəlidir. Allisin qan damarlarını genişləndirən və arterial təzyiqi aşağı salan azot oksidinin istehsalını stimullaşdırır.
İnci
Sfera.az






