“A7 Pro Max 5G” smartfonu təqdim edildi

“A7 Pro Max 5G” smartfonu təqdim edildi
Kateqoriya məlum deyil
T

“Oppo” yeni “A7 Pro Max 5G” smartfonunu rəsmi şəkildə təqdim edib.

Sfera.az xəbər verir ki, model güclü texniki göstəriciləri və 10.000 mAh tutumlu batareyası ilə diqqət çəkir. Bu, şirkətin indiyədək təqdim etdiyi ən böyük batareyaya malik smartfonlardan biridir.

Cihaz Snapdragon 4 Gen 5 prosessoru, 6,78 düymlük AMOLED ekranı və 120 Hz adaptiv yenilənmə tezliyi ilə təchiz olunub. Arxa paneldə 50 meqapiksellik OIS dəstəkli əsas kamera, ön hissədə isə 50 meqapiksellik selfi kamerası yerləşir.

Smartfon 80 Vt SuperVOOC sürətli enerji yığmanı və 27 Vt tərs enerji paylaşımını dəstəkləyir. “Android 16”əsaslı ColorOS 16 əməliyyat sistemi ilə çalışan model həmçinin IP69K qorunma sertifikatı və ekranaltı barmaq izi skaneri ilə təchiz edilib.

“Oppo” “A7 Pro Max 5G” Çində üç rəng seçimi ilə satışa çıxarılıb. Modelin başlanğıc qiyməti 325 ABŞ dolları olaraq açıqlanıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR