təchiz
“A7 Pro Max 5G” smartfonu təqdim edildi
“Oppo” yeni “A7 Pro Max 5G” smartfonunu rəsmi şəkildə təqdim edib. Sfera.az xəbər verir ki, model güclü texniki göstəriciləri və 10.000 mAh tutumlu batareyası ilə diqqət çəkir. Bu, şirkətin indiyədək təqdim etdiyi ən böyük batareyaya malik smartfonlardan biridir. Cihaz Snapdragon 4 Gen 5 prosessoru, 6,78 düymlük AMOLED ekranı və 120 Hz adaptiv yenilənmə tezliyi ilə təchiz olunub. Arxa paneldə 50 meqapiksellik OIS dəstəkli əsas kamera, ön hissədə isə 50 meqapiksellik selfi kamerası yerləşir.
Media05.08.2026 22:18

