Dünyanın ən dadlı qəhvəsi bu ölkədədir

Dünyanı gəzən, rus və erməni əsilli irlandiyalı travel-bloqer Tim ən dadlı qəhvənin Vyetnamda hazırlandığını bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə “Dzen” platformasında fəaliyyət göstərən “Qeyri-adinin ardınca” adlı şəxsi bloqunda yazıb.müəllifin sözlərinə görə, Vyetnamın məşhur "Cà phê sữa đá" qəhvəsi fin-filtr adlanan kiçik metal filtr vasitəsilə hazırlanır. Filtr birbaşa stəkanın üzərinə yerləşdirilir. Əvvəlcə stəkanın dibinə qatılaşdırılmış süd əlavə edilir, daha sonra isə buz qoyulur.
“İlk qurtum insanı sarsıdır. Acı qəhvə, şirin qatılaşdırılmış süd və soyuqluq. Bir-biri ilə uyğun gəlməməli olan üç fərqli dad mükəmməl şəkildə birləşir”, – deyə Tim təəccübünü ifadə edib.
Bloqer qeyd edib ki, bu Asiya ölkəsində əsasən robusta qəhvə növü yetişdirilir. Bu növ qəhvə həvəskarları tərəfindən çox vaxt “ikinci dərəcəli” hesab olunsa da, arabikadan daha acı və sərt dada malikdir.
“Amma məhz bu sərtlik düzgün qovurma və düzgün hazırlanma ilə mənim heç vaxt unutmayacağım bir dad yaradır”, – deyə o bildirib.
Xatırladaq ki, Tim daha əvvəl də Vyetnamın populyarlığını “Türkiyədən daha ucuz, Taylanddan isə daha rəngarəngdir” sözləri ilə izah etmişdi. Onun fikrincə, Vyetnam turistlər üçün hələ də “qiymət sabitliyinin adası” olaraq qalır.
İnci
Sfera.az






