Rusiya Ermənistandan idxal olunan daha 70 min şüşə içkinin satışını dayandırdı

Rusiyada Ermənistandan idxal edilən daha 70 min şüşə içkinin satışı dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyanın "Çestnıy znak" ("Dürüst nişan") məhsul izləmə sistemi istehsalçıların məcburi tələbləri pozduğunu əsas gətirərək Ermənistandan gətirilən içməli su və qazlı içkilərin bir sıra partiyalarının satışını bloklayıb.
Məlumata görə, qadağa "Bjni" mineral müalicəvi süfrə suyu, "Prosto Azbuka" təbii içməli suyu və DARBAS markasına məxsus "Moxito" alkoqolsuz qazlı içkisinin ayrı-ayrı partiyalarına şamil edilib.
Rusiya tərəfi məhsulların satışının istehsalçıların məhsullara dair məcburi tələbləri pozması səbəbindən dayandırıldığını bildirib. Qərarla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
İnci
Sfera.az






