İspaniya XİN : Seutaya gələn miqrantların hamısı Mərakeşə qayıdıb

İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Sefutaya (Ceuta) qeyri-qanuni daxil olan miqrantların demək olar ki, hamısı artıq Mərakeşə geri qaytarılıb.
Sfera.az bildirir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Nazirliyin məlumatına görə, iyulun 30-da sərhədi keçən şəxslərin böyük əksəriyyəti Mərakeşə qaytarılıb.
İspaniya tərəfi vurğulayıb ki, Sefuta və Melilya kimi İspaniyanın Afrikadakı muxtar şəhərlərinə qanunsuz daxil olmaq ölkədə qalmaq hüququ vermir. Həmçinin bu şəxslər materik İspaniyaya keçmək və Avropa daxilində sərbəst hərəkət etmək hüququ əldə etmirlər.
Hadisə iyulun 30-da baş verib. On minlərlə miqrant Mərakeş ərazisindən həm quru yolu, həm də dəniz vasitəsilə Sefutanın sərhəd xəttini keçməyə cəhd edib.
İnci
Sfera.az






