Yaponiya ordusunu gücləndirir: Çin, Rusiya və Şimali Koreya təhlükəsi

Yaponiya hökuməti ölkənin hərbi potensialını artırmaq niyyətindədir. Tokio bu qərarı Çin, Rusiya və Şimali Koreyadan gələn təhlükələrlə əsaslandırır.
Sfera.az bildiri ki, bu barədə "Reuters" məlumat yayıb.
Yaponiyanın yeni müdafiə "Ağ kitab"ında qeyd olunur ki, hərbi imkanların sürətlə genişləndirilməsi yalnız ölkənin müdafiəsi üçün deyil, həm də iqtisadi inkişaf üçün bir vasitə kimi təqdim edilir. Sənəddə silah istehsalının artırılmasının iqtisadi artıma töhfə verə biləcəyi vurğulanır.
Yaponiya Müdafiə Nazirliyinin illik hesabatında müdafiə xərclərinin artırılmasının səbəbləri kimi strateji risklər və müasir müharibələrdən, xüsusilə Ukraynadakı münaqişədən çıxarılan nəticələr göstərilir.
Sənəddə bildirilir ki, dünya "yeni böhranlar dövrünə" daxil olub, Hind-Sakit okean regionunda vəziyyət isə getdikcə daha gərginləşir.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Yaponiya hərbçiləri Kyuşu adasında keçirilən illik Resolute Dragon təlimləri zamanı mübahisəli adaların ələ keçirilməsi və müdafiəsi ssenarilərini məşq ediblər. Təlimlərdə Avstraliya, Fransa və Filippinin xüsusi bölmələri də müşahidəçi qismində iştirak edib.
İnci
Sfera.az






