Messi "İnter Mayami"nin mövsüm startını buraxacaq

Argentinalı hücumçu, "İnter Mayami" klubunun futbolçusu Lionel Messi yeni mövsümün ilk oyunlarında iştirak etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
39 yaşlı futbolçu komanda yoldaşı Rodriqo de Paul ilə birlikdə dünya çempionatından sonra istirahət etmək üçün klub rəhbərliyindən icazə istəyib. Bu səbəbdən argentinalı oyunçular iyulun 23-də keçiriləcək "Çikaqo Fayr"la ev matçında, eləcə də iyulun 26-da "Monreal"la səfər görüşündə meydana çıxmayacaqlar.
Messi və de Pol iyulun 29-da keçiriləcək MLS Ulduzlar matçında da iştirak etməyəcəklər.
Messi 2026-cı il dünya çempionatında Argentina millisinin keçirdiyi 8 oyunun hamısında əsas heyətdə yer alıb. De Pol isə 8 görüşün 7-də meydana çıxıb. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPRO) tibbi səbəblərə görə hər mövsüm başa çatdıqdan sonra futbolçular üçün 21 günlük istirahət müddəti tövsiyə edir.
Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatının finalına qədər irəliləyib və həlledici görüşdə İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.
Messi turnirdə Argentina millisinin ən məhsuldar futbolçusu olub. O, mundialda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
İnci
Sfera.az
