Bred Pitt sevgilisi ilə tribunada görüntüləndi

Bred Pitt sevgilisi ilə tribunada görüntüləndi
Kateqoriya məlum deyil
T

Məşhur Hollivud aktyoru Brad Pitt özündən 29 yaş kiçik sevgilisi İnes de Ramon ilə FIFA 2026 Dünya Kuboku matçını tribunadan izləyib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı aktyor və 33 yaşlı sevgilisi matçın həyəcanını birlikdə yaşayarkən kameraların diqqət mərkəzinə çevriliblər. Cütlük qarşılaşmanın gərgin anlarında bir-birini qucaqlayıb və öpüşərkən görüntülənib.

Tribunadakı romantik anlar qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Bred Pitt və İnes de Ramonun səmimi davranışları istifadəçilər tərəfindən maraqla qarşılanıb və günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Qeyd edək ki, cütlük bir müddətdir münasibətdədir və son aylarda müxtəlif ictimai tədbirlərdə birlikdə görünərək sevgilərini gizlətmirlər.

Onların Dünya Kuboku matçında çəkilən görüntüləri də münasibətlərinin xoşbəxt şəkildə davam etdiyini bir daha nümayiş etdirib.

Mənsumə

Sfera.az

PAYLAŞ