2000-dən çox ölüm qeydə alındı

2000-dən çox ölüm qeydə alındı
Kateqoriya məlum deyil
T

İngiltərə və Uelsdə may və iyun aylarında müşahidə olunan rekord isti hava dalğalarının 2700-dən çox insanın ölümünə səbəb olduğu təxmin edilir.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma World Weather Attribution çərçivəsində London İmperial Kolleci, Böyük Britaniya Meteorologiya İdarəsi və London Gigiyena və Tropik Təbabət Məktəbi alimləri tərəfindən aparılıb.

Məlumata görə, təkcə may ayında həddindən artıq istilərlə əlaqələndirilən 550 ölüm hadisəsi qeydə alınıb. Həmin ay ölkədə temperatur 35,1 dərəcəyə yüksələrək yeni rekord müəyyənləşdirib.

İyun ayının ikinci yarısında isə vəziyyət daha da ağırlaşıb. Tədqiqatçılar hesab edirlər ki, bu dövrdə müşahidə olunan güclü isti hava dalğası nəticəsində təxminən 2200 nəfər həyatını itirib. Ötən ay baş verən istilər zamanı Böyük Britaniya Meteorologiya İdarəsi yüksək temperaturun sağlamlığa təhlükəsi ilə bağlı ardıcıl üç qırmızı xəbərdarlıq yayımlayıb.

Beləliklə, may və iyun aylarında İngiltərə və Uelsdə qeydə alınan isti hava dalğalarının ümumilikdə 2700-dən çox insanın ölümünə səbəb olduğu bildirilir.

Araşdırmada həmçinin vurğulanıb ki, 2026-cı ilin iyun ayı Böyük Britaniyada meteoroloji müşahidələr tarixində qeydə alınan ən isti iyun ayı olub. Bəzi bölgələrdə havanın temperaturu 36 dərəcəni keçib.

Qeyd edək ki, eyni dövrdə Qərbi Avropanın digər ölkələri də rekord istilərin təsirini hiss edib. Məlumata əsasən, Almaniyada təxminən 5500, Fransada 2000, Belçikada isə 1200 nəfərin ölümü isti hava dalğaları ilə əlaqələndirilib. Alimlər bu nəticələrin qlobal istiləşmənin insan sağlamlığına təsirlərinin getdikcə daha ciddi xarakter aldığını göstərdiyini bildirirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ