Hazal Kaya və həyat yoldaşı Ali Atay ölkəni tərk edirlər

Məşhur türkiyəli aktrisa Hazal Kaya və həyat yoldaşı aktyor Ali Atay Hollandiyaya köçmək qərarı veriblər.
Sfera.az xəbər verir ki, 2019-cu ildə ailə quran və iki övlad sahibi olan cütlük həyatlarında yeni mərhələyə qədəm qoymağa hazırlaşırlar. Hazal Kaya açıqlamasında bildirib ki, onlar Hollandiyanın paytaxtı Amsterdamda məskunlaşacaqlar.
Aktrisanın sözlərinə görə, cütlük artıq xaricdə fəaliyyət göstərəcək şirkət də təsis edib. O, bundan sonra həyatlarının həm Türkiyə, həm də Hollandiya arasında keçəcəyini qeyd edib.
“Həyat 50/50 olacaq. Artıq orada da şirkətimiz var. Beynəlxalq bizneslə məşğul olmağı xəyal etdiyimiz bir şirkət qurduq”, – deyə Hazal Kaya bildirib.
Son dövrlərdə Türkiyənin tanınmış simalarının xaricdə yaşamaq qərarı verməsi diqqət çəkir. Hazal Kaya və Ali Atay cütlüyü də bu addımı atan məşhurlar sırasına qoşularaq yeni həyatlarını Amsterdamda qurmağa hazırlaşırlar.
Mənsumə

