Yalan danışan insanlar özlərini belə ələ verirlər

Yalan danışan insanlar özlərini belə ələ verirlər
Kateqoriya məlum deyil
T

Bəzi insanların səmimi olub-olmadığını anlamaq heç də həmişə asan olmur. Mütəxəssislər bildirirlər ki, davamlı yalan danışan şəxslər söhbət zamanı fərqinə varmadan müəyyən ifadələri tez-tez işlədirlər. Bu cür söz və cümlələr onların özlərini müdafiə etməyə, diqqəti yayındırmağa və qarşı tərəfdə inam yaratmağa çalışdıqlarını göstərə bilər.

Sfera.az xəbər verir ki, psixoloqların fikrincə, yalan danışmağı vərdiş halına gətirən insanlar adətən öz imiclərini qorumaq, məsuliyyətdən yayınmaq və ya qarşı tərəfi manipulyasiya etmək məqsədilə həqiqəti təhrif edirlər. Onların danışığında təkrarlanan bəzi ifadələr isə diqqətçəkir.

Bu ifadələrə “Belə bir şeyi kim uydura bilər ki?”, “Sən məni tanıyırsan”, “Mən bunu heç vaxt deməmişəm”, “O qədər də ciddi məsələ deyil”, “Mən bunu o mənada deməmişdim”, “Həqiqətən belə olub”, “Əslində mənə təşəkkür etməlisən”, “Mən demək istədiyim elə bu idi”, “Hə, nə fərqi var…” və “Sən məni hansı haqla sorğu-sual edirsən?” kimi cümlələr daxildir.

Mütəxəssislər vurğulayırlar ki, bu ifadələrdən hər hansı birinin işlədilməsi təkbaşına insanın yalan danışdığını sübut etmir. Lakin bu cür ifadələr davamlı şəkildə ziddiyyətli davranışlar və şübhəli hərəkətlərlə müşahidə olunursa, həmin şəxsin səmimiyyəti barədə suallar yarana bilər. Buna görə də mütəxəssislər yalnız deyilən sözlərə deyil, eyni zamanda davranışlara və ümumi ünsiyyət tərzinə də diqqət yetirməyi tövsiyə edirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ