ABŞ mediasından diqqətçəkən iddia

ABŞ mediasından diqqətçəkən iddia
Kateqoriya məlum deyil
T

ABŞ mediasında İranın ABŞ prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığına dair iddialar gündəmə gəlib.

Sfera.az xəbər verir ki, “Wall Street Journal” qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, İsrail ABŞ rəsmiləri ilə İranın Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə kəşfiyyat məlumatlarını bölüşüb.

Xəbərdə bildirilib ki, ABŞ və İran arasında iyun ayında imzalanan anlaşma memorandumundan sonra bölgədə yenidən gərginlik artıb. ABŞ-ın İranın hərbi obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran Körfəz bölgəsində cavab hücumlarına başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir müddət davam edən nisbi sabitliyin pozulmasına və bölgədə yeni qarşıdurma riskinin artmasına səbəb olub.

“Wall Street Journal” yazır ki, İsrailin təqdim etdiyi kəşfiyyat məlumatlarında İranın Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığı iddia olunur. Lakin bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Məsələ ilə bağlı Vaşinqtondakı İsrail səfirliyi açıqlama verməkdən imtina edib. İranın BMT-dəki Daimi Nümayəndəliyi isə mediadan daxil olan sorğuları cavablandırmayıb.

Qeyd edək ki, hazırda ABŞ və ya İsrail tərəfindən sözügedən iddiaları təsdiqləyən rəsmi bəyanat yayımlanmayıb və məlumat yalnız “Wall Street Journal” qəzetinin mənbələrinə əsaslanır.

Mənsumə

Sfera.az

PAYLAŞ