Çağatay Ulusoy və Aslıhan Malborandan romantik paylaşım

Çağatay Ulusoy və Aslıhan Malborandan romantik paylaşım
Kateqoriya məlum deyil
T

Məşhur aktyor Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə birlikdə qatıldığı toy mərasimində diqqət mərkəzinə çevrilib.

Sfera.az xəbər verir ki, uzun müddətdir münasibətdə olan cütlük yaxın dostları Mali Şimşekin toyunda şahid qismində iştirak ediblər.

Hazırda rekord reytinqlər qazanan Eşref Rüya serialında “Eşref Tek” obrazını canlandıran Çağatay Ulusoy gecə boyunca səmimi davranışları ilə diqqət çəkib. Səhnəyə çıxan Mustafa Mert Koç ifa edərkən aktyor da əyləncəyə qoşulub. Cütlük “Ankaranın bağları” mahnısının sədaları altında rəqs edərək qonaqlara xoş anlar yaşadıb.

Toydan yayılan görüntülərdə Ulusoyun sevgilisi ilə qucaqlaşaraq rəqs etdiyi romantik anlar da yer alıb. Sosial şəbəkələrdə paylaşılan fotolar və videolar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, cütlüyün səmimi görüntüləri çoxsaylı bəyənmə və müsbət rəylər toplayıb.

Qeyd edək ki, münasibətlərinin ilk dövrlərində kameralardan uzaq qalmağa üstünlük verən Çağatay Ulusoy və Aslıhan Malbora artıq ictimai tədbirlərdə birlikdə görünməkdən çəkinmirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ