“iPhone 18”-in təqdimat tarixi, qiyməti və gözlənilən yenilikləri məlum olub

“iPhone 18”-in təqdimat tarixi, qiyməti və gözlənilən yenilikləri məlum olub
Kateqoriya məlum deyil
T

“Apple”ın 2026-cı ildə təqdim edəcəyi gözlənilən “iPhone 18” seriyası ilə bağlı yeni iddialar gündəmə gəlib. Sənaye mənbələrinin məlumatına görə, şirkətin ənənəvi təqdimat cədvəlinə uyğun olaraq yeni nəsil smartfonlarını 2026-cı ilin sentyabrında təqdim edəcəyi gözlənilir. Seriyaya “iPhone 18”, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin daxil olacağı, həmçinin ilk qatlana bilən “iPhone”un “iPhone Ultra” adı ilə təqdim edilə biləcəyi bildirilir.

Sfera.az xəbər verir ki, sızan məlumatlara əsasən, “iPhone 18 Pro Max” 6,9 düymlük LTPO OLED ekran, 2 nanometrlik A20 Pro prosessoru və 12 GB RAM ilə təchiz oluna bilər. Cihazın 256 GB-dan 2 TB-a qədər yaddaş seçimləri ilə satışa çıxarılacağı, həmçinin daha kiçik “Dynamic Island”, təkmilləşdirilmiş kamera sistemi, dəyişkən diafraqma texnologiyası, Wi-Fi 7 dəstəyi və daha uzun batareya ömrü ilə fərqlənəcəyi iddia olunur.

Məlumatlara görə, “Apple” yeni “Tünd Albalı” rəngini də istifadəçilərə təqdim etməyi planlaşdırır. Kamera sistemində gözlənilən yeniliklərin isə xüsusilə az işıq şəraitində çəkiliş keyfiyyətini və optik zum imkanlarını artıracağı bildirilir.

“Apple” hələlik “iPhone 18” seriyası ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, sənaye mənbələri “iPhone 18 Pro” modelinin başlanğıc qiymətinin 1299-1399 ABŞ dolları arasında dəyişə biləcəyini ehtimal edirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ