Seda Sayan üsyan etdi: “Mənim də dərdim var”

Seda Sayan üsyan etdi: “Mənim də dərdim var”
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış müğənnisi və aparıcısı Seda Sayan səmimi etirafı ilə diqqət çəkib. “Dərd anası oldum” deyən sənətçi illərdir hər kəsin problemini dinlədiyini, lakin öz dərdini heç kimlə bölüşmədiyini bildirib.

Sfera.az xəbər verir ki, hazırda yayımlanan “Seda Sayan ile Bacıların Bacısı” proqramı ilə gündəmdə olan sənətçi veriliş zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Seda Sayan insanların problemlərinə qulaq asmağın artıq həyatının ayrılmaz hissəsinə çevrildiyini deyərək bunları söyləyib:

“İllərdir insanların dərdini dinləyirəm. Amma mən öz dərdimi heç kimə danışmıram.”

Məşhur sənətçi hər kəsin yükünü çiynində daşıdığını vurğulayaraq, dərdləşdiyi yeganə şəxsin isə Safiyə olduğunu bildirib.

“Bəs mən dərdimi kimə danışıram? Safiyəyə. Hər kəsin həyatında bir Safiyə var.”

Sənətçinin bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənsumə

Sfera.az

PAYLAŞ