24 saat korset taxan qadının son görüntüsü diqqət çəkdi - Foto

ABŞ-da yaşayan 50 yaşlı Sara Belle 10 ildən artıqdır ki, gündə 24 saata qədər korset taxması ilə sosial mediada və internetdə böyük maraq doğurub. O, bel ölçüsünü mümkün qədər kiçiltmək məqsədi ilə başladığı bu vərdişi illərdir davam etdirir və artıq geniş ictimai müzakirələrin mövzusuna çevrilib.
Sfera.az xəbər verir ki, Oreqon ştatının Portland şəhərində yaşayan Sara Belle iddia edir ki, təxminən 10 il əvvəl korset istifadəsinə başlayanda bel ölçüsü daha geniş olub. Onun sözlərinə görə, müntəzəm və uzunmüddətli istifadə nəticəsində belində nəzərəçarpacaq dəyişikliklər əldə edib və məqsədi bu prosesi daha da irəli aparmaqdır. Belle hazırda bel dairəsini təxminən 15 düymə (təxminən 38 santimetr) qədər azaltmağı hədəfləyir.
O, gündəlik həyatını da bu vərdişə uyğunlaşdırdığını deyir. Sara Belle korsetlə yatdığını, geyim seçimlərini belə onun rahatlığına görə planlaşdırdığını və bu rejimin artıq həyat tərzinə çevrildiyini bildirir.
Sosial şəbəkələrdə paylaşdığı görüntülər isə tez-tez müzakirələrə və fərqli reaksiyalara səbəb olur.
Lakin bu cür həddindən artıq korset istifadəsi mütəxəssislər tərəfindən sağlamlıq baxımından riskli hesab olunur.
Həkimlərin fikrincə, uzun müddət çox sıx korset taxmaq nəfəs almağı çətinləşdirə, daxili orqanlara davamlı təzyiq göstərə və bədənin təbii əzələ quruluşuna mənfi təsir edə bilər. Xüsusilə uzun müddətli istifadənin onurğa və qarın əzələlərində zəifləməyə səbəb ola biləcəyi bildirilir.
Bütün tənqidlərə baxmayaraq, Sara Belle hədəfindən geri çəkilmədiyini və 15 düymlük bel ölçüsünə çatana qədər bu rejimi davam etdirəcəyini vurğulayır. Onun bu qeyri-adi həyat tərzi isə həm maraq, həm də mübahisə doğurmağa davam edir.
Mənsumə



