Ofisdə çalışanlara mühüm məsləhət

Ofisdə çalışanlara mühüm məsləhət
Kateqoriya məlum deyil
T

Kolumbiya Universiteti tərəfindən aparılan yeni araşdırma uzun müddət masa arxasında hərəkətsiz oturmağın sağlamlığa mənfi təsirlərini azaltmağın və iş məhsuldarlığını artırmağın effektiv yollarından birini ortaya çıxarıb. Alimlər bildirirlər ki, hər saat 5 dəqiqəlik qısa gəzinti və ya hərəkət fasiləsi vermək həm diqqəti gücləndirir, həm də ümumi iş performansına müsbət təsir göstərir.

Sfera.az xəbər verir ki, araşdırmaya əsasən, ofis mühitində çalışan insanların böyük bir qismi gün ərzində əsasən kompüter qarşısında vaxt keçirir. Elektron poçtlara cavab vermək, onlayn görüşlərdə iştirak etmək və digər iş tapşırıqları səbəbilə uzun müddət oturaq vəziyyətdə qalmaq adi hala çevrilib.

Bu isə bədənin hərəkətsiz qalmasına və zamanla sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət fasiləsiz oturmaq artıq çəki riskini artırır, eyni zamanda ürək-damar xəstəlikləri və 2-ci tip diabet kimi ciddi sağlamlıq problemlərinin inkişafına zəmin yaradır. Buna görə də gün ərzində müntəzəm hərəkət etmək, hətta qısa gəzintilər belə orqanizm üçün faydalı hesab olunur.

Tədqiqatçılar vurğulayırlar ki, hər saat cəmi 5 dəqiqəlik fasilə vermək iş ritmini pozmur əksinə yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və daha məhsuldar iş mühiti yaradır.

Mənsumə

Sfera.az

PAYLAŞ