Azərbaycanda işsizlərə 480 manat verilir - RƏSMİ

Kateqoriya məlum deyil
T
2026-cı il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247,6 min nəfər olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsizlərin 52,1 faizini qadınlar, 47,9 faizini kişilər təşkil edib.
İşsizlərin bir çoxu işsiz kimi sığorta ödənişi alır. İyunun 1-nə olan məlumata əsasən işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub.
Vasif
