Müharibənin 5-ci günü: İran PUA zərbələrini artırıb

Müharibənin 5-ci günü: İran PUA zərbələrini artırıb
Kateqoriya məlum deyil
T

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İraq və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə genişmiqyaslı pilotsuz uçuş aparatı hücumları həyata keçirdiyini bəyan edib.


Sfera.az xəbər verir ki, qurumun yaydığı rəsmi məlumata görə, hücumlar İraqın Ərbil şəhərində yerləşən ABŞ bazasını, eləcə də Küveytdəki Əli əl-Salim Hava Bazası və Arifcan düşərgəsi daxil olmaqla, Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyekti əhatə edib.

 

Bildirilir ki, ümumilikdə 230 pilotsuz aparatla zərbə endirilib.


İİKK hücumları müharibədə “ilk güclü addımlar” kimi qiymətləndirib və əməliyyatların davam edə biləcəyini vurğulayıb.


Hadisə regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ