İranda ölənlərin sayı 500-ü keçdi

İranda ölənlərin sayı 500-ü keçdi
Kateqoriya məlum deyil
T

İranda ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən hava zərbələri nəticəsində ölənlərin sayı 500-ü ötüb.


Sfera.az xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumata görə, ölkə ərazisində baş verən hücumlar nəticəsində azı 555 nəfər həyatını itirib.

 

Qurumun açıqlamasında bildirilib ki, axtarış-xilasetmə əməliyyatları davam edir və dağıntılar altından yeni cəsədlərin çıxarılması ehtimalı var.


Rəsmi məlumatda yaralıların sayı ilə bağlı hələlik dəqiq rəqəm açıqlanmayıb. Hadisələrin əsasən yaşayış məntəqələri və strateji obyektlər ətrafında qeydə alındığı vurğulanıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR