Tarixdən maraqlı bir hekayə - Çini fəlakətə sürükləyən sərçələr

Tarixdən maraqlı bir hekayə - Çini fəlakətə sürükləyən sərçələr

Yenə Çin və heyvanlar arasında maraqlı bir hekayə...
 

Kommunist lider Mao Zedong hakimiyyətə gələndə böyük bir kənd təsərrüfatı cəmiyyəti yaratmaq istəyirdi.

 

Elə buna görə də 1958-ci ildə əkin sahələrinə ziyan vuran sərçələrə və zərərvericilərə qarşı səfərbərlik elan etdi.

Ölkənin hər yerində 24 saat təşkil edilən böyük kütlələr sərçələrin yumurtalarını və yuvalarını zədələdilər.
 

Sərçələri qaçırmaq üçün on minlərlə müqəvva və qırmızı bayraqlar hazırlanmışdı.


Ölkədə işçilərin yarısı səfərbərlikdə iştirak etdiyi halda, əlavə olaraq atıcı dəstələr də yaradıldı.


Sərçə öldürən vətəndaşlara dövlət tərəfindən müxtəlif mükafatlar verilirdi.


1960-cı ilin yazında böcəklər tarlalara hücum etdikdə, Çin liderləri əslində sərçələrin həşəratları yeməklə faydalı olduğunu başa düşdülər.
İki milyard sərçə öldürüldükdən sonra Mao onları “düşmənlər” siyahısından çıxardı.


Amma indi çox gec idi…


Çünki ölkədə zərərli həşəratları yeməsi gözlənilən sərçələrin, demək olar ki, nəsli kəsilmişdi.


Üç il davam edəcək böyük qıtlıq ekologiyanın alt-üst olması və əkin sahələrinin zədələnməsi ilə başladı.


Böyük aclıq zamanı ən azı 20 milyon insan acından öldü.


Geridə isə yalnız təbiəti özünə düşmən görən Maonun hazırladığı təbliğat afişası qaldı.


Aynil


OXŞAR XƏBƏRLƏR