Ronaldo üçün eksklüziv saat hazırlandı - FOTOLAR

Ronaldo üçün eksklüziv saat hazırlandı - FOTOLAR

Dəbdəbəli saat istehsalçısı “Jacob & Co” Ronaldo üçün eksklüziv saat yaradıb.


Sfera.az bildirir ki, xüsusi model “Caviar Flying Tourbillon” qranatların ən bahalısı olan parlaq yaşıl tsavoritlərlə bəzədilib. Tsvoritlər qranatların ən bahalısı və nadiridir. Onlara təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Çox bahalıdır və rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar. Ronaldo saatı bu daşlardan 300-ü ilə bəzədilib. Korpusun özü ağ qızıldan, qayışı isə timsah dərisindən hazırlanıb. Saat 780 min dollar dəyərində qiymətləndirilir.
 

Rəng Səudiyyə Ərəbistanı mədəniyyətinə hörmət olaraq yaşıl seçilib. Bildiyimiz kimi yaşıl İslam simvoludur və Məhəmməd peyğəmbərin sevimli rəngi hesab olunur.


Modelin təkrarı olmayacaq, Kriştiano Ronaldo üçün tək nüsxədə hazırlanıb.
 

Ronaldo şəxsi təyyarədən foto yayımlayaraq artıq saatını nümayiş etdirib. Xarici media isə bunu “Dəbdəbə nümayiş etdirməkdə sevgilisi ilə yarışır” şərh edib.


Qeyd edək ki, tsavoritlər ilk dəfə Afrikada 1967-ci ildə Tanzaniyanın şimal-şərqindəki dağlarda britaniyalı geoloq Kempbell tərəfindən tapılıb. Tanzaniya və Keniyada minalanır. İlk yatağın yaxınlığındakı Tsavo çayının adını daşıyır. İlk dəfə tsavoritlər Tiffany & Co-da zərgərlər tərəfindən öz məhsullarında istifadə edilmişdir.
 

Xatırladaq ki, Səudiyyə Ərəbistanında Kriştiano Ronaldo hələ də paytaxt Ər-Riyadın mərkəzindəki lüks oteldə yaşayır. Onun 17 otaqdan ibarət suiti bütün mərtəbəni tutur.
 

Sevgilisi Georgina Rodriguez isə köçdükdən sonra imicini dəyişməli olub. Səudiyyə Ərəbistanında yerli geyim koduna görə mini və dekolteli geyinə bilməz. Bundan əlavə onun tez-tez instagramda özünü Kardaşyana bənzətməsi və dəbdəbə nümayişi həm sosial şəbəkə istifadəçiləri, həm də media tərəfindən gülüş hədəfinə çevrilir.


Aynil


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...