Seul: Müasir mədəniyyətin mərkəzində yerləşən şəhər
Cənubi Koreyanın paytaxtı Seul müasir mədəniyyətin mərkəzlərindən biridir. Sfera.az “CNN” ə istinadən bildirir ki, “BTS” qrupu, “Parasite” kimi bir neçə mükafat qazanan uğurlu film, o cümlədən, k-pop, k-drama ilə tanınan şəhər 21-ci əsrin ən cəlbedici və əhəmiyyətli şəhərlərindən birinə çevrilib. “YouTube” fenomeni Jaejae – Seulla bağlı məlumat almaq üçün ən uyğun şəxslərdən biridir. İki milyona yaxın abunəçisi olan “MMTG” YouTube kanalında o, Koreya musiqiçilərindən, filmlərin aktyorlarından