“İstəyirlər, lap lüt getsinlər...” – Deputatdan Avroviziya təmsilçilərimizin geyiminə REAKSİYA

“İstəyirlər, lap lüt getsinlər...” – Deputatdan Avroviziya təmsilçilərimizin geyiminə REAKSİYA

Bu il Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil edən Tural və Turan qardaşlarının səhnə geyimləri geniş müzakirələrə səbəb olub. Belə ki, onların yarışmada iştirak üçün nəzərdə tutulmuş rəngli, güllü köynəkləri birmənalı qarşılanmayıb. Gəncləri tənqid edənlər də olub, onlara dəstək olanlar da...

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov Avropanı bu şəkildə heyrətləndirməyin mümkün olmadığını deyib:

 

“Azadlıq, müstəqillik insanları özbaşına buraxmaq demək deyil. Hər xalqın, dövlətin öz adət-ənənləri var. Biz dünyanı tatuajla, hörüklə heyrətləndirə bilmərik, çünki bu, onların həyat tərzidir və yüz illərdir, bu tərzlə yaşayırlar. Bilmirəm, güllü-güllü geyimlər, sinəyə tatuaj etdirib onu nümayiş etdirmək haradan çıxıb? Mən müasir adamam, dünyanı gəzib dolaşmışam. Bizdə açıq-saçıqlığı Fransadan örnək götürürlər, amma Fransanın dövlət televiziyalarında sinəsi, baldırı açıq adamları efirlərə buraxmırlar. Bizim dünyanı təqlid etməyimizə gərək yoxdur. Bu mənada beynəlxalq  yarışmalarda milli dəyərlər, mentalitet gözlənilməlidir. Dünyanı öz səsimizlə, dəyərlərimizlə heyrətləndirməliyik”.

 

Xalq artisti Ağsaqqallar Şurasını da tənqid edib:

 

“Bizim Ağsaqqallar Şurası nə ilə məşğuldur?  Ulu Öndər bildirmişdi ki, biz qanunla idarə olunuruq, amma həm də əxlaqla, ağsaqqal, ağbirçək məsləhətlərilə idarə olunan xalqıq. Elə cinayət əməlləri var ki, insanları buna görə ölümlə qorxutmaq olmaz, amma ağsaqqal, ağbirçək sözü ilə biz o cinayətin qarşısını ala bilərik. İndi nə üçün Ağsaqqallar Şurasının bir nümayəndəsi çıxıb bu məsələyə münasibət bildirmir? Mən qadağadan danışmıram, hər şeyi açıq izah etmək lazımdır. Bayağı filmlər,  bayağı verilişlərlə hara gedirik?”.

 

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbasın da fikirlərini öyrənməyə çalışdıq. Deputat isə Avroviziya ilə maraqlanmadığını bildirdi:

 

“Mən Avroviziya ilə, ora gedənlərlə maraqlanmıram. Kim necə gedir, getsin. İstəyirlər, lap lüt getsinlər”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...