Qrenlandiyanın ən böyük buzlağı əriyir – Dəniz səviyyəsinin yüksəlməsi sürətlənəcək

Qrenlandiyanın ən böyük buzlağı əriyir – Dəniz səviyyəsinin yüksəlməsi sürətlənəcək

Son onilliklərdə dünyada daimi buzlaqların tədricən əriməsi və torpaq təbəqəsinin üzə çıxması prosesi sürətlənib. Buzlaqların əriməsi prosesinin sürətlənməsi dünyanın ən böyük adası olan Qrenlandiya sahillərində də görünüb.

 
Sfera.az CNN-ə istinadən xəbər verir ki, bununla bağlı faktlar aparılan araşdırmalar zamanı üzə çıxıb. ABŞ-nin Kaliforniya, İrvine Universiteti və NASA-nın Reaktiv Sürət Laboratoriyasından olan bir qrup qlasioloq buzlaqların əriməsi ilə bağlı araşdırmalarını yayımlayıblar. 


Araşdırma zamanı aydın olub ki, Qrenlandiyanın şimal-qərbindəki böyük bir buzlaq əriməyə başlayıb və bu, dəniz səviyyəsinin daha sürətli yüksəlməsinə səbəb olur. 
Qrenlandiyanın ən böyük buzlağından biri olan Petermann buzlağında aparılan müşahidələr göstərdi ki, onun okeanla təmasda olan hissəsi davamlı olaraq 2-6 kilometr irəli-geri dəyişir. Alimlər hesab edir ki, bu proses buzlağın əriməsini göstərir. Elm adamları müəyyən edib ki, Petermann buzlağı böyük ərimə mənbəyidir və bu proses dəniz səviyyəsinin yüksəlməsini dəstəkləyir. 


Buzlaqların əriməsini alimlər okeanlarda tempraturun yüksəlməsi ilə izah edirlər. Okeanların temperaturu yüksəldikcə ərimə prosesu gələcək illərdə daha da sürətlənə bilər. 


Dəniz səviyyəsinin yüksəlməsi dünyada sahil xətlərini təhdid edən əsas dəyişikliklərdən biridir. NASA hesab edir ki, Qrenlandiyanın əriyən buzları dəniz səviyyəsinin qalxmasına ən böyük töhfə verən amildir. Çünki burada isinən ocean suları ilə buzlaqların əlaqəsi daha çoxdur. Buna görə də Qrenlandiya buzlarının əriməsi sahil ərazilər üçün daha böyük risk yaradır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...