Seul: Müasir mədəniyyətin mərkəzində yerləşən şəhər

Seul: Müasir mədəniyyətin mərkəzində yerləşən şəhər

Cənubi Koreyanın paytaxtı Seul müasir mədəniyyətin mərkəzlərindən biridir.

 

Sfera.az “CNN” ə istinadən bildirir ki,  “BTS” qrupu, “Parasite” kimi bir neçə mükafat qazanan uğurlu film, o cümlədən, k-pop, k-drama ilə tanınan şəhər 21-ci əsrin ən cəlbedici və əhəmiyyətli şəhərlərindən birinə çevrilib.

 

“YouTube” fenomeni Jaejae – Seulla bağlı məlumat almaq üçün ən uyğun şəxslərdən biridir. İki milyona yaxın abunəçisi olan “MMTG”  YouTube kanalında o,  Koreya musiqiçilərindən, filmlərin aktyorlarından müsahibə alır. Bununla da fenomen Koreyada bir ulduza çevrilib. Jaejae hesab edir ki, koreyalıların internetdən və xüsusən də sosial mediadan istifadəsi Seulun qlobal bir mədəniyyət mərkəzinə çevrilməsinə kömək edib: “İnsanlar füsunkar şeyləri sevirlər. Onlar şəkil və ya video çəkirlər və internet vasitəsilə yüklədikləri hər şey bütün dünyaya yayılır. Buna görə də K-Pop və ya K-Dram dünyada məşhurdur”. 

 

Hyunju Cho isə təqaüdə çıxmış qrafik dizayneridir – O, “YouTube” kanalında “Pearlysien” adı ilə də çıxış edir. Hyunju kanalından Avropada aldığı paltarlar haqqında danışmaq və Seulun ən yaxşı yerləri barədə məsləhətlər vermək üçün istifadə edir. "Niyə YouTube?” sualını isə o belə cavablandırıb: “Çünki təqaüdə çıxmışam. Mənim kimi eyni nəsildən olan koreyalılar üçün təqaüdə çıxmaq həyatın sonudur. Bir şey etmək çətindir. Amma mən yeni həyat, yeni başlanğıc istəyirdim”.

 

“Pearlysien” qida ilə bağlı məsləhətlər verməklə yanaşı, gənc izləyicilərə həyat dərsləri vermək üçün “YouTube”dan istifadə etmək istəyir: “60 yaşa rəğmən, “K-Cool”da qalmağın sirri hər zaman yeni şeyləri sınamaqdır - istər suşi, istərsə də yeni geyim”.

 

Nəşr qeyd edib ki, Seulun ənənəvi Koreya hamamları və saunaları şəhərin yeni və köhnə harmoniyasını birləşdirir. “Jjimjilbang” kimi tanınan bu yerlər lüks spa deyil, daha çox insanların rahat olduqları, təmizləndikləri yerlərdir. Burada qaydalar çoxsaylıdır. Məsələn, geyimə icazə verilmir, hamamlara girməzdən əvvəl hər kəs özünü təmizləməlidir, burada olarkən uzun saçlar bağlanmalıdır,  sabundan başqa tualet əşyaları adətən verilmir və.s.

 

“CNN” xatırladıb ki, Koreya yarımadası 20-ci əsrin ortalarından bəri ikiyə bölünüb və dünyanın super gücləri arasında daha geniş mübarizələrin mərkəzindədir:

 

“Burada Birgə Təhlükəsizlik Bölgəsi (JSA) yerləşir - ABŞ və Cənubi Koreya qüvvələrinin əsas bazası saxlanılır. ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2019-cu ildə Şimali Koreya lideri Kim Çen In ilə burada görüşüb. Cənub və Şimal Koreya Müharibəsindən (1950-53-cü illər) sonra texniki cəhətdən hələ də müharibədədir, buna görə də ərazi ciddi şəkildə qorunur”. 

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...