Tam Ay tutulması olacaq - Tarix AÇIQLANDI
Martın 2-dən 3-nə keçən gecə dünyada nadir astronomik hadisə — tam Ay tutulması müşahidə olunacaq. Sfera.az xəbər verir ki, tutulma zamanı Ay tamamilə Yer kürəsinin kölgəsinə düşəcək və mis-qırmızı rəng alacaq. Bu səbəbdən hadisə “Qanlı Ay” adlandırılır. Məlumata görə, tutulmanı Şimali və Cənubi Amerika, Asiya, Okeaniya və Avropanın bəzi hissələrində izləmək mümkün olacaq. Hava şəraiti əlverişli olarsa, üç milyarddan çox insan bu təbiət hadisəsini müşahidə edə biləcək. Bu, 2026-cı ilin ilk tam