“iPhone 18 Pro”: Gözlənilən yeniliklər

"iPhone 18 Pro": Gözlənilən yeniliklər
Kateqoriya məlum deyil
T

"Apple"ın 2026-cı il üçün hazırladığı "iPhone 18 Pro" və "Pro Max" modelləri yalnız sürətlənmə ilə deyil, həm də dizayn və funksionallıq sahəsində ciddi yeniliklər təqdim edəcək. 


Sfera.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, analitiklərin proqnozlarına əsasən, yeni "iPhone" modellərində əsas dəyişikliklər aşağıdakılar olacaq:


Daha kiçik "Dinamik ada": "iPhone 14 Pro"dan tanıdığımız "Dinamik ada" (Dynamic Island) bu dəfə daha kiçik olacaq. Xəbərlərə görə, "Face ID" sensorları ekranın altına inteqrasiya olunub. Bu, yuxarı kəsiyi daraldacaq və daha geniş ekran sahəsi təmin edəcək.


Dəyişkən diafraqmalı kamera: 48 MP-lik əsas kamera fiziki diafraqma sistemi ilə təchiz olunacaq. Zəif işıqda geniş diafraqma daha çox işıq qəbul edəcək, landşaft çəkilişlərində isə dar diafraqma ilə hər nöqtə fokusda olacaq. Beləliklə, proqram təminatlı "bokeh" effekti deyil, əsl DSLR keyfiyyəti təqdim olunacaq.


A20 Pro (2 nm prosessor): TSMC-nin 2 nm-lik istehsal texnologiyasına əsaslanan "A20 Pro" çipi performansı 15-20% artıracaq və cihazın süni intellekt funksiyalarını daha sürətli işlədəcək.


N2 və C2 (Tam müstəqil bağlantı): "Apple" yeni "N2" və "C2" çipləri ilə "Qualcomm"dan asılılığı aradan qaldırır. "C2" modemi 5G və peyk bağlantısını təmin edəcək, "N2" isə Wi-Fi 7 və Bluetooth 6 ilə enerji səmərəliliyinə malik simsiz bağlantı təqdim edəcək.


Yeni rəng palitrası: Titan korpuslu "iPhone 18 Pro" "Burqundiya" və "Qəhvə" rəng variantları ilə gələcək. Klassik "Qara" rəngin isə yenilənmiş versiyada təqdim olunacağı gözlənilir.


"iPhone 18 Pro", "Apple"ın öz prosessoru, modemi və ekranaltı sensorları ilə "iPhone X"dan bəri ən böyük dizayn yeniliklərini təqdim edən model olacaq.

 

Mənsumə
Sfera.az

PAYLAŞ