Sevginizi bu şəhərlərdə yaşayın – Yeni siyahı açıqlandı

Sevginizi bu şəhərlərdə yaşayın – Yeni siyahı açıqlandı
Kateqoriya məlum deyil
T

Romantik səyahət arzusunda olanlar üçün sevindirici xəbər var. Beynəlxalq turizm araşdırmalarına əsasən, 2026-cı ilin ən romantik şəhərlərinin siyahısı açıqlanıb. Siyahıda həm klassik sevgi şəhərləri, həm də son illərdə romantik atmosferi ilə məşhurlaşan istiqamətlər yer alıb.


Sfera.az xəbər verir ki, reytinq nəticələrinə əsasən, siyahının zirvəsində İtaliyanın incisi – Venesiya qərarlaşıb.

 

Şəhər 10 bal üzərindən 9.65 xal toplayaraq birinci olub. Kanal mənzərələri, qondola gəzintiləri və tarixi ab-havası ilə məşhur olan Venesiya həm bal ayı, həm də sevgililər üçün Avropada ən çox axtarılan istiqamətlərdəndir.


Florensiya – zərif və sakit romantika


İkinci pillədə 7.86 xalla Florensiya yer alıb. İncəsənət, tarix və memarlığın vəhdət təşkil etdiyi bu şəhər daha sakit və incə romantik atmosfer təqdim edir. Xüsusilə "Piazzale Michelangelo" meydanından gün batımını izləmək cütlüklər arasında ən populyar anlardan sayılır.


Marrakeş – ekzotik və sehrli ab-hava


İlk üçlüyü 7.5 xalla Mərakeşin məşhur şəhəri – Marrakeş tamamlayır. Şərq nağıllarını xatırladan bazarları, ənənəvi riad tipli evləri və dar tarixi küçələri ilə şəhər fərqli və sirli romantika axtaranlar üçün ideal seçim hesab olunur. At arabası turları və ənənəvi yaşayış məkanları Marrakeşi siyahıda fərqləndirən əsas detallardandır.


Roma və Udaipur – tarixlə nağılın vəhdəti


Siyahıda yüksək yerlərdən birini də Roma tutur. Qədim abidələri, gün batımı mənzərələri və ikonik meydanları ilə şəhər romantikanı tarixi fonla birləşdirir. “Şərqin Venesiyası” kimi tanınan Udaipur isə göl mənzərələri, möhtəşəm sarayları və nağılvari atmosferi ilə seçilir. Şəhər xüsusilə toy və bal ayı üçün ən çox axtarılan istiqamətlər sırasındadır.


Böyük Britaniyadan iki şəhər ilk onluqda


Araşdırmanın diqqətçəkən məqamlarından biri də Böyük Britaniyadan iki şəhərin siyahıya düşməsidir. Edinburq qotik memarlığı, tarixi küçələri və panoramik mənzərələri ilə romantik ruhu qoruyur. Paytaxt London isə parkları, muzeyləri, canlı musiqi məkanları və Temza çayı boyunca gəzinti imkanları ilə çoxşaxəli romantik təcrübə təqdim edir.


Siyahıda həmçinin San-Fransisko, Paris, Barselona və Vyana da yer alır. Beləliklə, romantik tətil planlayanlar üçün seçim kifayət qədər genişdir. Görünür, sevgi üçün ünvan təkcə Paris deyil…


Mənsumə
Sfera.az

PAYLAŞ