Logo

Dörd bürcün həyatı dəyişəcək

Dörd bürcün həyatı dəyişəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ardıcıl baş verəcək üç Super Aydan birincisi olan və Əkizlər bürcündə gerçəkləşən "Qunduz Ayı" astroloji proqnozlarda ünsiyyət, dürüstlük və şəxsi inkişaf mövzuları ilə ön plana çıxır.

Sfera.az xəbər verir ki, bu səma hadisəsi 4 bürc üçün dönüş nöqtəsi olacaq:

Əkizlər

Əkizlər bürcü nümayəndələri üçün bu bədirlənmiş Ay şəxsi dəyişimin başlanğıcı kimi qiymətləndirilir. Əsl hisslərini gizlətmək və öz istəkləri yerinə başqalarının gözləntilərinə uyğun hərəkət etmək artıq onlar üçün çətinləşə bilər. Uzun müddətdir dilə gətirə bilmədikləri fikirlərini bölüşmək və ya planlaşdırdıqları dəyişikliyi həyata keçirmək qərarına gələ bilərlər. Başqalarını razı salmaq naminə öz ehtiyaclarından imtina etməməli olduqlarını anlayacaqlar.

Oxatan

Oxatanların gündəmində sevgi və şəxsi münasibətlər dayanacaq. Onlar azadlıq və müstəqillik ehtiyacları ilə yaxınlarına qarşı olan məsuliyyətləri arasında seçim qarşısında qala bilərlər. Bəzi Oxatanlar münasibətlərində uzun müddətdir çatışmazlığını hiss etdikləri məsələlərlə üzləşəcək, digərləri isə tərəf müqabilləri ilə aralarındakı köhnə anlaşılmazlıqları həll etmək imkanı qazanacaqlar.

Qız

Qız bürcü üçün əsas prioritet karyera və gələcək planları olacaq. İş həyatında uzun müddətdir axtardığını tapa bilməyən və ya zəhmətinin qarşılığını almadığını düşünənlər yeni bir yol cızmaq fikrinə daha isti baxa bilərlər. Bu dövrdə peşəkar hədəflərlə bağlı mühüm qərarlar gündəmə gələcək.

Balıqlar

Digər bürclər daha çox xarici aləmdəki dəyişikliklərə fokuslandığı halda, Balıqlar üçün daxili məsələlər ön plana çıxacaq. Ailə, ev həyatı və aidiyyət hissi bu dövrün əsas mövzuları arasında yer alacaq. Balıqlar daxili rahatlıqlarını bərpa etmək və ev mühitində köklü qərarlar vermək ehtiyacı hiss edəcəklər./bizimmedia

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR