Logo

Gözəllik müsabiqəsinin qalibi bir ilə 30 kiloqram arıqladı

Gözəllik müsabiqəsinin qalibi bir ilə 30 kiloqram arıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Miss Kainat” beynəlxalq gözəllik müsabiqəsinin qalibi, Puerto-Rikodan olan 27 yaşlı Cennifer Barreto bir il ərzində 30 kiloqramdan çox çəki atıb.

Sfera.az xəbər verir ki, o, arıqlama prosesinin təfərrüatlarını Puerto-Rikonun “El Nuevo Dia” qəzetinə müsahibəsində bölüşüb.

Barreto hazırkı çəkisini açıqlamasa da, “El Heraldo” nəşrinin boy və bədən kütləsi indeksi əsasında apardığı təxminlərə görə, onun çəkisi hazırda 66-73 kiloqram arasındadır. Bu hesablamadan əvvəlki çəkisinin 100 kiloqramdan çox olduğu ehtimal edilir.

Gözəllik kraliçasının sözlərinə görə, arıqlamaq üçün ilk növbədə səbirli olmaq lazım idi. O, bu prosesin bir gecədə baş vermədiyini, nəticə əldə etmək üçün bir il vaxt sərf etdiyini bildirib.

Barreto mütəmadi idmanla məşğul olduğunu, sevdiyi yeməklərdən tamamilə imtina etmədiyini deyib. Qidalanmasında əsasən hinduşka qiyməsi və şirin kartofa üstünlük verib. Hətta indi şirin kartofu görmək belə onda narahatlıq yaradır.

“Sevdiyim yeməkləri özümə qadağan etməməyə çalışırdım. Bu, mənim üçün cəza deyil, intizam və özümü rahat hiss etdiyim vəziyyətə çatmaq üsulu idi. Çünki mənim üçün ən vacibi qadınların özlərini olduqları kimi rahat və xoşbəxt hiss etmələridir”, – deyə o bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR