İki qadın topladıqları otlardan zəhərləndi
Kateqoriya məlum deyil
Türkiyənin Mersin şəhərində iki qadın yeməkdən zəhərlənib.
Onlardan biri ölüb, digəri isə xəstəxanada müalicə olunur.
Sfera.az xəbər verir ki, zeytun yığmağa gedən 55 və 53 yaşlı qadınlar topladıqları otları yumurta ilə qarışdıraraq yeyiblər.
Bir müddət sonra vəziyyətləri pisləşən qadınlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadınlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Zəhərlənən qadınların qohum olduğu bildirilir.






