Logo

Samsung məşhur tətbiqini bağlayır

Samsung məşhur tətbiqini bağlayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung özünün "Samsung News" xəbər tətbiqinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın “GIGA” nəşri məlumat yayıb.

Şirkət nümayəndələri xidmətin 21 dekabr 2026-cı il tarixində bütün dünyada fəaliyyətini dayandıracağını təsdiqləyiblər. Qərar təkcə smartfon və planşetlər üçün nəzərdə tutulan tətbiqə deyil, həm də müvafiq vidcetə və telefonun əsas ekranının sol tərəfində yerləşən xəbər lentinə şamil olunacaq.

Xidmət bağlandıqdan sonra Samsung istifadəçilərin məlumatlarını, profillərini və fərdi parametrlərini siləcək. Yalnız qanunvericiliyə əsasən müəyyən məlumatların saxlanılması tələb olunan ölkələrdə istisna ediləcək.

"Samsung News" 2023-cü ilin aprelində istifadəyə verilib. Tətbiq vasitəsilə istifadəçilər xəbərləri oxuya, idman yarışlarının nəticələrini izləyə və birja göstəriciləri ilə tanış ola bilirdilər. Bundan əvvəl oxşar funksiyaları Bixby Home, Samsung Daily və Samsung Free xidmətləri yerinə yetirirdi.

Şirkət tətbiqin bağlanmasının səbəbini açıqlamayıb və onun əvəzinə yeni xidmət təqdim edəcəyini də bildirməyib. Nəşr Galaxy cihazlarının sahiblərinə alternativ kimi artıq bir çox Samsung telefonunda mövcud olan Google Discover xəbər lentindən istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, noyabrın sonunda Microsoft-un da 2027-ci il iyunun 30-da tapşırıqların və xatırlatmaların idarə edilməsi üçün nəzərdə tutulan pulsuz To Do tətbiqinin fəaliyyətini dayandıracağı məlum olub. İş və təhsil hesablarının istifadəçilərinə Microsoft Planner xidmətinə keçmək təklif ediləcək.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR